Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Nizami rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib

Baxılıb: 10127     Tarix: 23-06-2026 15:46   


Bu gün 2026-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətində Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.


Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluqçularını səmimi qəlbdən təbrik edib, onlara bu şərəfli və məsuliyyətli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Müasir, müstəqil Azərbaycanın beynəlxalq müstəvidə qazandığı böyük nüfuzun təməlində Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi uzaqgörən islahatların dayandığını qeyd edib. Bu gün həmin mütərəqqi siyasi kursun Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini və ölkəmizin qüdrətinin gündən-günə daha da artdığını xüsusi vurğulayıb.


Bildirib ki, respublikamızda həyatın bütün sahələrində dinamik inkişaf proseslərinin getdiyi, genişmiqyaslı sosial-iqtisadi proqramların uğurla icra olunduğu bir zamanda dövlət qulluqçuları qarşısında tamamilə yeni tələblər qoyulur.


Həmçinin, dövlət qulluğunda çalışan şəxslərin sosial təminatının yaxşılaşdırılmasının, onlara münasibətdə reallaşdırılan stimullaşdırıcı tədbirlərin ölkə rəhbərliyinin daimi diqqət mərkəzində olduğu qeyd edilib. Cənab Prezident tərəfindən bu istiqamətdə davamlı addımların atıldığı bildirilib.


Tədbirin sonunda dövlət qulluğunda səmərəli və nümunəvi fəaliyyəti ilə fərqlənən, xidməti vəzifələrini layiqincə yerinə yetirən bir qrup dövlət qulluqçusu Nizami Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.


Ceyhun Süleymanov






Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar