Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Mirtəhməzli kənd sakinləri ilə səyyar qəbul-görüş keçirilib

Baxılıb: 1016     Tarix: 02-07-2026 11:40   

1 iyul 2026-cı il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Mirtəhməzli kənd sakinləri ilə keçirib. Görüşdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.

Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rafiq Cəlilov bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır. Rayon rəhbəri yerli sakinlərin bütün istək və qayğılarını dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına dair göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin olunmasını tapşırıb. Rafiq Cəlilov heç bir müraciətin diqqətdən kənarda qalmayacağını və qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib.

Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


 Tofiq İsmayılov 

Bölgə Müxbiri





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar