Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Nizami rayonunda Vətən müharibəsi şəhidi Eltun Qasımovun xatirəsi ehtiramla yad edilib

Baxılıb: 1129     Tarix: 20-10-2026 12:33   

Nizami rayonunda Vətən müharibəsi şəhidi Qasımov Eltun Vüqar oğlunun əziz xatirəsi anılıb. Şəhidin Keşlə Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət olunub, ruhuna dualar oxunaraq xatirəsi dərin ehtiramla yad edilib.


Anım mərasimində şəhidin ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, icra hakimiyyəti başçısı aparatının əməkdaşları, Nizami və Keşlə bələdiyyələrinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Mərasim zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin göstərdiyi misilsiz şücaət və fədakarlıq ehtiramla xatırlanıb. Qeyd olunub ki, Vətən uğrunda həyatını qurban verən igidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq, onların əziz xatirəsi hər zaman böyük hörmət və ehtiramla anılacaq.


Şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb. Eltun Qasımovun ailə üzvlərinə ehtiram ifadə olunub, şəhidin keçdiyi şərəfli döyüş yolunun gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olduğu bildirilib.


Qeyd edək ki, Eltun Qasımov 14 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. O, Vətən qarşısında xidmətlərinə və döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.


Eltun Qasımov kimi qəhrəmanlarımızın həyat yolu Vətənə sədaqətin, milli ruhun və fədakarlığın parlaq nümunəsidir. Onların əziz xatirəsini yaşatmaq, göstərdikləri qəhrəmanlığı gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.


Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Ceyhun Süleymanov


 





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar