Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Oslodan sonra Moskvaya gedib sülh təklifini təqdim edəcək

Baxılıb: 982     Tarix: 20-10-2026 10:57   

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff oktyabrın 20-si Osloda Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar apardıqdan sonra Moskvaya səfər etməyi planlaşdırır.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrə istinadən məlumat yayıb.

O, Osloda həmçinin Norveçin Baş naziri Yunas Qar Störe və E4 ölkələrinin (Böyük Britaniya, Fransa, Almaniya və Polşa), Aİ və NATO nümayəndələri ilə görüşəcək.

Nəşrin məlumatına görə, bundan sonra Uitkoff Rusiyaya yollanacaq. Burada onun ölkə Prezidenti Vladimir Putinlə görüşəcəyi, ona Kiyev və Avropa tərəfdaşları ilə birgə hazırlanmış sülh təklifini təqdim edəcəyi gözlənilir.

Qeyd edək ki, daha öncə Oslodakı görüşdə ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin də iştirak edəcəyi bildirilsə də, sonradan onun xəstələndiyi üçün Norveç paytaxtına yollanmayacağı açıqlanıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar