Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəzər rayonunda “mygov” platformasının təşviqi istiqamətində maarifləndirmə tədbiri keçirilib

Baxılıb: 1117     Tarix: 29-10-2026 14:37   

Rəqəmsal xidmətlərdən istifadənin genişləndirilməsi və vətəndaş məmnunluğunun artırılması diqqət mərkəzindədir

Xəzər rayonunda dövlət xidmətlərinin rəqəmsallaşdırılması, əhalinin elektron xidmətlər barədə məlumatlılığının artırılması və vətəndaşların “mygov” platformasından istifadəyə təşviq edilməsi istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir.

Bu çərçivədə oktyabrın 28-də Xəzər rayonunda rəqəmsal xidmətlərin üstünlüklərinin ictimaiyyətə çatdırılması və “mygov” vahid rəqəmsal platformasının imkanlarının izah olunması məqsədilə növbəti maarifləndirmə tədbiri təşkil edilib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Şahin İskəndərov çıxış edərək platformanın funksiyaları, vətəndaşlara yaratdığı imkanlar və dövlət xidmətlərindən elektron formada istifadənin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Bildirilib ki, müasir dövrdə rəqəmsal texnologiyaların inkişafı dövlət idarəçiliyinin təkmilləşdirilməsində, xidmətlərin əlçatanlığının artırılmasında və vətəndaşlarla dövlət qurumları arasında münasibətlərin daha operativ qurulmasında mühüm rol oynayır. Bu baxımdan dövlət xidmətlərinin rəqəmsallaşdırılması, elektron xidmətlərin vahid platformada birləşdirilməsi və əhalinin həmin imkanlardan səmərəli istifadəsinin təmin olunması xüsusi əhəmiyyət daşıyır.

Qeyd edilib ki, “mygov” platforması vətəndaşlara bir sıra dövlət xidmətlərindən vahid rəqəmsal mühitdə, məsafədən və daha rahat şəkildə yararlanmaq imkanı verir. Platforma vasitəsilə müxtəlif elektron xidmətlərdən istifadə etmək, şəxsi məlumatlara və müvafiq sənədlərə rəqəmsal formada çıxış əldə etmək mümkündür. Bu imkanlar insanların gündəlik işlərini asanlaşdırır, vaxt itkisinin qarşısını alır və bir çox xidmətlərdən yararlanmaq üçün dövlət qurumlarına fiziki müraciət ehtiyacını azaldır.

Maarifləndirmə tədbirində rəqəmsal xidmətlərdən istifadənin üstünlükləri xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, elektron xidmətlərin geniş tətbiqi dövlət qurumlarının fəaliyyətində operativliyin və səmərəliliyin yüksəldilməsinə, inzibati prosedurların sadələşdirilməsinə, eləcə də vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Eyni zamanda, rəqəmsal platformalardan istifadənin genişləndirilməsi əhalinin müasir texnoloji imkanlardan daha fəal yararlanmasına şərait yaradır.

Tədbir zamanı iştirakçılara “mygov” platformasının istifadə qaydaları, əsas funksiyaları və təqdim etdiyi imkanlar barədə ətraflı izahat verilib. Platformanın əhali arasında daha geniş tanıdılmasının, xüsusilə elektron xidmətlərdən istifadə təcrübəsi az olan vətəndaşların maarifləndirilməsinin vacibliyi qeyd olunub.

Bununla yanaşı, vətəndaşların rəqəmsal xidmətlərdən rahat və düzgün istifadə etmələri üçün maarifləndirmə işlərinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər əhalinin rəqəmsal biliklərinin artırılmasına və elektron xidmətlərə əlçatanlığın genişləndirilməsinə töhfə verir.

Sonda iştirakçıların sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Belə maarifləndirmə tədbirləri rəqəmsal dövlət xidmətlərinin təşviqi, müasir texnologiyaların gündəlik həyatda tətbiqinin genişləndirilməsi və vətəndaşların dövlət xidmətlərindən daha rahat istifadəsinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

 Qəni Hüseynov

Qanun və hədəf qəzetinin şöbə müdiri

Rəqəmsal xidmətlərdən və “mygov” platformasından istifadənin təşviqi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar