Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Vətən müharibəsi şəhidlərinin və Vətən Müharibəsi Qəhrəmanının əziz xatirəsi ehtiramla yad edilib

Baxılıb: 1220     Tarix: 09-11-2026 15:14   

 


Vətən müharibəsində canlarından keçərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Bayramov Ramin Hüseyağa oğlunun, Əliyev Murad Hüseyn oğlunun, Mehdiyev Samir Vaqif oğlunun, Şükürov Samir Təyyub oğlunun, Nehmətov Ceyhun Ehtiqad oğlunun, Əliyev Asiman Vaqif oğlunun və Vətən Müharibəsi Qəhrəmanı İbrahimli Adil Asəm oğlunun anım mərasimi keçirilib.


Anım mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov, RİH başçısının müavini, icra hakimiyyətinin aparatının əməkdaşları, şəhidlərin ailə üzvləri və yaxınları, Vətən müharibəsi iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.


Tədbir Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.


Anım mərasimi çərçivəsində şəhidlərimizin məzarları ziyarət olunub, üzərlərinə tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub. İştirakçılar Vətən uğrunda həyatlarını fəda edən qəhrəmanlarımızın əziz xatirəsi qarşısında ehtiramlarını ifadə edərək onların keçdiyi şərəfli döyüş yolunu dərin minnətdarlıq hissi ilə yad ediblər.


Mərasimdə çıxış edənlər 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı tarixi Zəfərin əhəmiyyətindən geniş bəhs ediblər. Qeyd olunub ki, bu möhtəşəm qələbə xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, ordumuzun gücünün və əsgər-zabitlərimizin misilsiz qəhrəmanlığının nəticəsidir.


Çıxışlarda xüsusi vurğulanıb ki, Vətən müharibəsində Azərbaycan əsgəri öz canı və qanı bahasına tarix yazaraq xalqımıza illərlə gözlədiyi qələbə sevincini yaşadıb. Şəhidlərimizin göstərdiyi igidlik, mərdlik və fədakarlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, onların həyat yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik və qəhrəmanlıq nümunəsi olacaqdır.


Bildirilib ki, bu gün ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı, onların sosial müdafiəsinin gücləndirilməsi, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər dövlət siyasətinin əsas prioritetlərindəndir. Şəhid ailələrinə göstərilən diqqət və qayğı, onların problemlərinin həlli istiqamətində görülən işlər hər zaman diqqət mərkəzində saxlanılır.


Şəhidlərin ailə üzvləri və yaxınları mərasimdə iştirak edənlərə təşəkkürlərini bildirərək, şəhidlərimizin xatirəsinin daim uca tutulmasına, ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.


Anım mərasimi iştirakçıların şəhidlərimizin əziz xatirəsinə ehtiramlarını bildirməsi ilə başa çatıb.


Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adı və xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onların əmanət qoyduğu müstəqil, suveren və bütöv Azərbaycan gələcək nəsillərə ötürüləcək ən böyük dəyərdir. Şəhidlər ölməz, Vətən bölünməz!


Qəni Hüseynov Qanun və hədəf qəzetinin şöbə müdiri










Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar