Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

Baxılıb: 985     Tarix: 08-11-2026 13:36   

Prezident İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesabında paylaşım edilib.

“Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, məni və Azərbaycan xalqını Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

8 Noyabr xalqımız üçün torpaqlarımızın azad olunmasını və 30 ilə yaxın davam edən işğala son qoyulmasını təcəssüm etdirən əlamətdar bir gündür.

Biz Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk. Keçən il Bakıda keçirilən Zəfər Paradında iştirakınız əbədi dostluğumuzun və qardaşlığımızın daha bir təzahürü oldu”, - paylaşımda qeyd olunub.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar