Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar...

Baxılıb: 1116     Tarix: 09-11-2026 14:34   

Qarabağdakı anma tədbirində, münasibətlərini hər zaman vurğuladığımız “bir millət, iki dövlət” prinsipi əsasında quran iki güclü dövlət arasında həmrəylik nümayiş olundu. Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və bir-birimizlə söhbətləşdik.

Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar əbəs yerə cəhd edirlər:

“Türkiyə və Azərbaycan arasında tam bir həmrəylik, ortaq taley və qardaşlıq bağı mövcuddur. Qardaş və bacılarımızla birlikdə, həm bölgəmizdə, həm də bütün dünyada türk dünyasının güclü səsini ucaldacaq və birgə firavan bir gələcək quracağıq. Aramızda məsafə yaratmağa cəhd edənlər xalqlarımızın bir-birinə bəslədiyi dərin sevgini, tarixi bağlarımızı və sarsılmaz iradəmizi nəzərə almırlar. İnşallah, Türkiyə və Azərbaycan bölgəmizdə sülh, sabitlik və firavanlıq naminə çiyin-çiyinə irəliləməyə davam edəcək”.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar