Xəbər lenti
11/07/2025 [12:35]
Sabah hava necə olacaq?
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

35 yaşı olanlara bu təşkilatlara üzv olmaq qadağan edilir

Baxılıb: 649     Tarix: 28-02-2019 13:50   
Azərbaycanda gənclər təşkilatlarının üzvlərinə yaş məhdudiyyəti tətbiq edilir.
Report xəbər verir ki, bununla bağlı “Gənclər siyasəti haqqında” qanuna yeni müddəanın daxil edilməsi təklif olunur.
Qanuna əlavə edilən 9-1-ci (Gənclər təşkilatları) maddəsinə əsasən, gənclər təşkilatları gənclərin problemlərinin müəyyən edilməsi, həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədilə 16 yaşdan 35 yaşınadək olan fiziki şəxslər tərəfindən təsis edilən qeyri-hökumət təşkilatlarıdır.
Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilir.
Gənclər təşkilatına üzvlərin qəbulu və onların üzvlüyünə xitam verilməsi şərtləri və qaydası gənclər təşkilatının nizamnaməsi ilə müəyyən edilir.
Parlamentdə qanun layihəsi ikinci oxunuş üçün müzakirəyə çıxarılanda yaş məhdudiyyətinin gənclər təşkilatlarının təsisçilərinə tətbiq edilməsi təklif edilirdi. Lakin bu məsələ narazılığa səbəb olduğundan həmin hissə dəyişiklik layihəsindən çıxarılıb.
Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.шаблоны для dle 11.2