Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

"Başlıca təhlükə Çin Kommunist Partiyasıdır" - ABŞ dövlət katibi

Baxılıb: 600     Tarix: 31-01-2020 08:21   

Qanunvehedef.az xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo britaniyalı həmkarı Dominik Paabla görüşü zamanı bəyan edib ki, müasir dünyanın başlıca təhlükəsi terrorçuluq yox, Çin Kommunist Partiyasıdır.
Onun sözlərinə görə, Çinin iqtisadi siyasəti ən çox çətinliklər törədir və «Qərb dünyasının dəyərlərinə uyğun gəlmir».
Pompeo qeyd edib ki, Çin Kommunist Partiyası ölkələr arasında biznes sahəsində nəhəng, kreativ işlər görməyə imkan vermir.
Bundan başqa, Pekinin «ideoloji mülahizələri» demokratik dünyanın dəyərləri ilə kəllə-kəlləyə gəlir.
«Biz – Qərb, kollektiv olaraq, təmin etməliyik ki, gələn əsrdə Qərbin demokratik prinsipləi idarəçi olsun. Və konsolidə olunmuş səylər göstərilməlidir ki, nəinki ABŞ, həm də bizm hamımız üçün – bizim azadlığımızı sevənlər və demokratiyanı qiymətləndirənlər üçün, qanunun aliliyi təmin olnmalıdır ki, bu, dünyada dominant model olaraq qalmalıdır» - deyə, «Röyter» agentliyi Pompeodan sitat gətirir.
Bununla bərabər, Pompeo xatırladıb ki, bütün dünya «terrorçuluğa yönəlik sayıqlığını saxlamalıdır».



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar