Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Dünyanın ən zəngin insanı 15 dəqiqədə 13,2 milyard dollar qazanıb

Baxılıb: 679     Tarix: 31-01-2020 08:34   
 

“Amazon” şirkətinin rəhbəri Ceff Bezos cəmi 15 dəqiqə ərzində 13,2 milyard dollar qazanıb.
Bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər verir.
Qeyd edilir ki, buna yanvarın 30-da “Amazon”un səhmlərinin postmarketlərdə 12 faizə - 2,1 dollara qədər kəskin sıçrayışı səbəb olub. Qiymət təyinetmələrin artması şirkətin müvəffəqiyyətli rüblük hesabatı ilə izah olunur. KİV qeyd edib ki, bu göstəricilər analitiklərin proqnozlarını "parça-parça edib".
Beləcə, “Amazon”un hesabatına əsasən, şirkətin gəliri 87,4 milyard dollar təşkil edib. Səhm üzrə gəlir – 6,47 dollar olub. Halbuki ekspertlər bunun 4,11 dollar olacağını gözləyirdilər.
İndi Bezosın varidatı 129,5 milyard dollara qədər artıb. Bunun 12 faizi “Amazon”a aiddir.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar