Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Mən olsam, mən də Hakan Fidanı nazir təyin edərdim - Davutoğlu

Baxılıb: 602     Tarix: 06-06-2023 13:37   

Türkiyədə müxalif Gələcək Partiyasının sədri, sabiq baş nazir və XİN başçısı Ahmet Davutoğlu qurulan yeni hökumətin tərkibinə münasibət bildirib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bir sıra təyinatları müsbət qiymətləndirib.
"Yeni kabinetin formalaşmasında bizim də rolumuz var. Xəzinə və maliyyə naziri təyin olunan Mehmet Şimşek son dərəcə sayğılı, dövlət əmanətini əmanət bilən, ən xırda bir korrupsiyasının olmadığı keçmişə sahibdir. Baş nazir olsaydım, mən də Hakan Fidanı (XİN başçısı təyin olunub red.), Yaşar Güleri (milli müdafiə naziri təyin edilib - red.) birbaşa nazir təyin edərdim. Onların nazir olmasını məmnunluqla qarşıladım", - deyə o bildirib.
Qeyd edək ki, Gələcək Partiyası "Millət İttifaqı"na daxil olub və son seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyini müdafiə edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking . VBet