Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Tiflis Rusiyanı ABŞ-ın laboratoriyalarına dəvət etdi

Baxılıb: 509     Tarix: 02-10-2018 12:20   
Rusiyanın öz xarici siyasi məqsədlərinə çatmaq üçün laboratoriya məsələsindən istifadə etmək arzusu hər kəsə aiddir.
Qanunvehedef.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib. Onun sözlərin görə, əgər Rusiya həqiqəti öyrənmək istəyirsə, o zaman Luqara laboratoriyasına öz mütəxəssislərini göndərə bilər:
“Biz bir neçə dəfə demişik ki, bu laboratoriyanın qapıları bütün ölkələrin alimləri üçün açıqdır. Rusiyalı mütəxəssislər bu illər ərzində laboratoriyaya gəlib və qiymət veriblər. 14-15 noyabrda burada beynəlxalq seminar keçiriləcək və təşkilatçılar laboratoriyaya rusiyalı alimləri də dəvət ediblər. Biz onları dəvət etmişik, amma qərarı onların özləri verməlidirlər”.
Qeyd edək ki, Moskva bundan öncə Gürcüstandakı Luqara laboratoriyasının ABŞ-a aid olduğunu deyib. Rusiyanın iddiasına görə, bu laboratoriyada Vaşinqtonun müxtəlif virusları və bakteriyaları sınaqdan keçirir.шаблоны для dle 11.2