Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Stiven Uitkoff sabah Putinlə görüşəcək 2025-12-01 11:36:30

Baxılıb: 5413     Tarix: 01-12-2025 11:36   


ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin yüksəksəviyyəli müşaviri Cared Kuşner bu gün Moskvaya səfər edəcəklər.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Wall Street Journal” Floridada Ukrayna və ABŞ nümayəndə heyətləri arasında baş tutan danışıqlardan sonra məlumat yayıb.

Səfər çərçivəsində Uitkoffun sabah Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.

Xatırladaq ki, ötən gün Mayamidə baş tutan görüşdə ABŞ-nin Ukrayna münaqişəsinin həlli ilə bağlı təklif etdiyi “sülh planı” müzakirə olunub. Görüşdə ABŞ tərəfdən Dövlət katibi Marko Rubio, Stiven Uitkoff və Cared Kuşner, Ukrayna tərəfdən isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustam Umerovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar