Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Putinə “Tanrının nəğməsi”ni hədiyyə etdi - Foto

Baxılıb: 8117     Tarix: 05-12-2025 11:26   

Hindistanın Baş naziri Narendra Modi ölkədə səfərdə olan Rusiya Prezidenti Vladimir Putinə qədim hind eposu “Bhaqavad Gita”nın rus dilində olan nüsxəsini hədiyyə edib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı N.Modi “X” sosial şəbəkəsindəki hesabında paylaşıb.

“Mahabharata” eposunun bir hissəsi olan və sanskrit dilində yazılmış “Bhaqavad Gita” (“Tanrının nəğməsi”) şahzadə Arcuna ilə Tanrı Krişna arasında fəlsəfi dialoqdan ibarətdir. Əsər hinduizm fəlsəfəsinin əsas mətnlərindən biri olmaqla, 18 fəsil və 700 şeirdən ibarətdir.

Onu da xatırladaq ki, Vladimir Putinin Hindistana rəsmi səfəri ötən gün başlayıb. Onu Hindistan Hərbi Hava Qüvvələrinin Palam bazasında Narendra Modi şəxsən qarşılayıb. Səfər çərçivəsində Putinin Hindistan Prezidenti Draupadi Murmu ilə görüşü planlaşdırılıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar