Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Viktor Orban: Ərdoğanla razılığa gəldik

Baxılıb: 8625     Tarix: 09-12-2025 11:16   


Macarıstan Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya qazının Türkiyə ərazisi vasitəsilə Macarıstana daşınmasının davam etdirilməsinə dair zəmanətlər barədə razılığa gəlib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Türkiyədə səfərdə olan V.Orban mətbuat konfransında açıqlayıb.

“Prezident Ərdoğanla razılığa gəldik və bu razılığa əsasən, Türkiyə Macarıstanın Rusiyadan qaz ala biləcəyi marşrutu təmin edəcək”, - Baş nazir bildirib.

O xatırladıb ki, Budapeşt 2025-ci ildə “Türk axını” qaz kəməri vasitəsilə 7,5 milyard kub metr qaz əldə edib.

Qeyd edək ki, V.Orban dekabrın 8-də Türkiyəyə səfər edib və ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar