Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Paşinyanın təyyarəsi Moskvaya enə bilməyib

Baxılıb: 10114     Tarix: 11-12-2025 11:35   

Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvada yerə enə bilməyib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Baza” teleqram kanalı yayıb.

Bildirilib ki, buna səbəb dron hücumu ilə bağlı Moskva aeroportlarının fəaliyyətini müvəqqəti dayandırması olub.

Məlumata görə, Paşinyanın təyyarəsi bir saat ərzində eniş icazəsi gözləyərək Tver vilayətinin üzərində dövrə vurub.

Lakin enişə icazə verilmədikdə təyyarə Sankt-Peterburqun Pulkovo hava limanına yollanıb və gecə saat 01 radələrində orada yerə enib.

Qeyd edək ki, Paşinyan Almaniyaya səfərdən sonra Moskvaya yollanıb. O, Rusiya paytaxtında Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında iştirak edəcək.

Onu da xatırladaq ki, Ukrayna ordusu dekabrın 11-nə keçən gecə Moskva vilayətinə kütləvi dron hücumu həyata keçirib. Nəticədə Moskva hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb və Bakı vaxtı ilə təqribən 09:00-da aeroportların işi bərpa edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar