Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Trampın hədələdiyi prezidentə Putinin birbaşa dəstəyir - Markov

Baxılıb: 10113     Tarix: 12-12-2025 12:47   

Rusiya Prezidenti Vladimir Putin həmkarı Nikolas Maduro ilə telefonla danışıb, Venesuela xalqına dəstəyini bildirib.

Qanunvehedef.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Bu, ABŞ Prezidenti Donald Trampın Maduro hakimiyyətinin sayılı günlərinin qaldığını elan etməsindən və Venesuela neft tankerinin ələ keçirilməsinə göstəriş verməsindən iki gün sonra baş verdi. Bunu Putinlə Tramp arasında birbaşa münaqişə hesab etmək olarmı? Əmin deyiləm. Ola bilərmi ki, həmrəylikdən danışdıqdan sonra Putin Trampın xahişi ilə müharibə təhlükəsini aradan qaldıracaq həssas məsələləri işgüzar şəkildə müzakirə edib? Bəlkə də. Yoxsa, Venesuelaya S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükü barədə müzakirə aparıblar? Ola bilsin ki, belədir”, - o bildirib.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin venesuelalı həmkarı Nikolas Maduro ilə telefonla danışıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar