Xəbər lenti
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

“Venesuela mühasirəyə alınıb”

Baxılıb: 928     Tarix: 17-12-2025 10:26   

“Cənubi Amerika tarixində ən böyük donanma Venesuelanı tamamilə mühasirəyə alıb”.

Qanunvehedef.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb.

“Onlar bütün nefti, torpağı və daha əvvəl bizdən oğurladıqları digər aktivləri ABŞ-yə qaytarmayanadək armada yalnız böyüyəcək və onlara indiyə qədər görmədikləri qədər ağır zərbə vurulacaq”, - paylaşımda deyilir.

Bununla belə, Tramp hansı torpaqları tələb etdiyini açıqlamayıb.

Ağ Ev rəhbəri həmçinin Venesuelanın hazırkı hakimiyyətini xarici terror təşkilatı kimi tanıdığını bəyan edib. Onun sözlərinə görə, Nikolas Maduronun qanunsuz rejimi neftdən özünü, narkoterroru, insan alverini, qətlləri və insan oğurluğunu maliyyələşdirmək üçün istifadə edir. Bununla əlaqədar olaraq Tramp Venesuelaya və oradan üzən sanksiya altında olan bütün neft tankerlərinin blokadaya alınması barədə əmr verdiyini bildirib.

Qeyd edək ki, ABŞ və Venesuela arasında ərazi mübahisəsi yoxdur. İki ölkə arasında 550 kilometrlik dəniz sərhədi 1980-ci ildə müəyyən edilib və hər iki tərəfdən ratifikasiya olunub.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar