Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Tramp bu ölkələrdəki səfirləri geri çağırır - Siyahı

Baxılıb: 9113     Tarix: 22-12-2025 11:38   

ABŞ Prezidenti Donald Tramp administrasiyası xarici ölkələrdə fəaliyyət göstərən 29 diplomatik nümayəndəlik rəhbərlərinin geri çağırılması barədə qərar qəbul edib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Dövlət Departamentinin adı açıqlanmayan əməkdaşlarına istinadən məlumat yayıb.

Qeyd olunan diplomatların ABŞ-nin 46-cı prezidenti Co Baydenin administrasiyası dövründə bu vəzifələrə təyin olunduqları bildirilir.

Kadr dəyişikliyinin həyata keçiriləcəyi ölkələr Ermənistan, Şimali Makedoniya, Monteneqro, Slovakiya, Burundi, Kamerun, Kabo-Verde, Qabon, Kot-d'İvuar, Madaqaskar, Mavriki, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali, Uqanda, Fici, Laos, Marşall adaları, Papua-Yeni Qvineya, Filippin, Vyetnam, Əlcəzair, Misir, Nepal, Şri-Lanka, Qvatemala və Surinamdır.

Məlumata görə, səfirlər artıq səlahiyyət müddətlərinin yanvar ayında bitəcəyi ilə bağlı bildiriş alıblar.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar