Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyənin hərbi-siyasi rəhbərliyi Suriyada səfərdədir

Baxılıb: 9316     Tarix: 22-12-2025 14:42   


Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın birgə Dəməşqə səfər ediblər.

Qanunvehedef.az xəbər verir ki, onlar Suriya Prezidenti Əhməd əş-Şara və suriyalı rəsmilərlə görüşəcəklər.

Səfər çərçivəsində siyasi, iqtisadi və təhlükəsizlik aspektləri ilə Türkiyə-Suriya əlaqələrinin son birillik gedişatının ətraflı şəkildə qiymətləndirilməsi və Türkiyənin milli təhlükəsizlik prioritetlərini yaxından maraqlandıran 10 mart Sazişinin tətbiqi prosesinin gedişatının müzakirə edilməsi nəzərdə tutulur.

Həmçinin, Suriyanın cənubunda yaranan təhlükəsizlik risklərinin müzakirəsi gözlənilir.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar