Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ABŞ Nigeriyada İŞİD terrorçularına zərbələr endirdi

Baxılıb: 9212     Tarix: 26-12-2025 10:13   

ABŞ Prezidenti Donald Trampın göstərişinə əsasən, Amerika Birləşmiş Ştatları Nigeriyanın şimal-qərbində İŞİD terrorçularına qarşı güclü hərbi əməliyyat həyata keçirib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Tramp “Truth” sosial media platformasında məlumat verib.

Prezidentin sözlərinə görə, ABŞ əvvəlcədən terrorçulara xəbərdarlıq edib və xristianlara qarşı zorakılığı dayandırmazlarsa, cəzalandırılacaqlarını bildirib.

Tramp qeyd edib ki, hərbi departament bu gecə yalnız ABŞ-ın edə biləcəyi çoxsaylı hücumlar həyata keçirib.

“Mənim rəhbərliyim altında ölkəmiz radikal İslam terrorizminin çiçəklənməsinə imkan verməyəcək”, - deyə ABŞ Prezidenti əlavə edib.



Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar