Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rubio ilə təcili görüş tələb etdilər

Baxılıb: 9212     Tarix: 07-01-2026 09:46   

Qrenlandiya və Danimarka hökumətləri ABŞ-nin dövlət katibi Marko Rubio ilə təcili görüşün keçirilməsini tələb ediblər.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldt sosial media hesabında paylaşım edib.

Məlumata görə, görüş tələbinə səbəb ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın ilhaqı ilə bağlı verdiyi son bəyanatlardır.

Motzfeldt bildirib ki, 2025-ci il ərzində dəfələrlə Rubio ilə nazirlər səviyyəsində görüşmək istəsələr də, bu, indiyədək mümkün olmayıb. Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussenin də qatılacağı planlaşdırılan görüşdə Vaşinqtonun adaya dair “milli təhlükəsizlik” iddialarının müzakirə edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Donald Tramp Qrenlandiyanın Rusiya və Çin gəmiləri ilə əhatə olunduğunu iddia edərək, ABŞ-nin milli təhlükəsizliyi üçün bu əraziyə nəzarət etməli olduğunu bəyan edib. Danimarka tərəfi isə bu ritorikanı kəskin pisləyərək adanın satılmadığını vurğulayıb.




Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar