Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tramp Kolumbiya prezidenti ilə danışdı

Baxılıb: 9211     Tarix: 08-01-2026 10:23   

ABŞ Prezidenti Donald Tramp və Kolumbiya Prezidenti Qustavo Petro arasında ilk telefon danışığı baş tutub.

Qanunvehedef.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” səhifəsində məlumat verib.

"Qustavo Petro ilə danışmaq böyük şərəf idi. O, narkotiklərlə bağlı vəziyyəti və yaşadığımız digər fikir ayrılıqlarını izah etmək üçün zəng edib. Mən onun zəng və tonunu yüksək qiymətləndirdim və yaxın gələcəkdə onunla görüşməyi səbirsizliklə gözləyirəm", - Tramp bildirib.

Onlar tezliklə Ağ Evdə təkbətək görüş təşkil etməyə razılaşıblar.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar