Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Putinlə Uitkoffun görüşü başa çatdı

Baxılıb: 949     Tarix: 23-01-2026 09:53   

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün Moskvaya rəsmi səfər ediblər.

Qanunvehedef.az xəbər verir ki, ABŞ nümayəndə heyətini daşıyan təyyarə Moskvanın “Vnukovo-2” hava limanına enib.

Dərhal sonra Uitkoff və Kuşnerin daxil olduğu kortej Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Kremlin mərkəzi iqamətgahına yola düşüb.

Qeyd edək ki, Kreml administrasiyası bu gün baş tutacaq görüşün əsas mövzusunun Ukrayna böhranının nizamlanması və tərəflər arasında mümkün sülh şərtlərinin müzakirəsi olacağını təsdiqləyib.

***

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başlayıb.

Görüşdə Rusiya tərəfini Rusiya liderinin köməkçisi Yuri Uşakov və prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev təmsil edir.

***

Kremlin məlumatına görə, Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşner arasında keçirilən görüş başa çatıb.

Tərəflər arasında danışıqlar 3,5 saatdan çox davam edib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar