Xəbər lenti
Arxiv
«    Январь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyə Prezidenti Ərdoğan 4 il öncə ukraynalı hərbçiləri xilas edib

Baxılıb: 1015     Tarix: 27-01-2026 13:04   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ildə Mariupolu müdafiə edən Ukrayna Silahlı Qüvvələri hərbçilərinin xilas edilməsində mühüm rol oynayıb.

Qanunvehedef.az xəbər verir ki, bunu “Ukrainska pravda” nəşrinə müsahibəsində Ukrayna ordusunun zabiti Sergey Volınski bildirib.

“Mən Türkiyə prezidentinə konkret olaraq mənim üçün etdiklərinə və ümumiyyətlə, bu işlə məşğul olmağa başladığına görə çox minnətdaram”, - ukraynalı hərbçi deyib.

Xatırladaq ki, 2022-ci ilin aprelində Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə Mariupolda mülki şəxslərin təxliyəsinə kömək barədə danışıqlar aparıb. O zaman Zelenski Türkiyə liderindən “Azovstal” zavodu ərazisində qalmış ukraynalı hərbçilərin mübadiləsi prosesində yardımçı olmağı xahiş edib. Həmin ilin sentyabrında Ukraynanın “Azov” batalyonunun 215 döyüşçüsü 55 rus hərbçisi və ukraynalı müxalif siyasətçi Viktor Medvedçuka dəyişdirilib.



Qanunvehedef.az





{sape_links}{sape_article}