Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ərdoğan Yaxın Şərq səfərinə yollanır

Baxılıb: 10115     Tarix: 03-02-2026 14:58   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq ölkələrinə rəsmi səfərə yollanacaq.

Qanunvehedef.az “Sabah”a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə lideri əvvəlcə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad, daha sonra isə Misirin paytaxtı Qahirəni ziyarət edəcək.

Vəliəhd şahzadəsi Məhəmməd bin Salman bin Əbdüləzizin dəvəti ilə baş tutacaq Ər-Riyad səfəri çərçivəsində Ərdoğanın Səudiyyə Ərəbistanının rəhbərliyi ilə görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq, ticarət əlaqələri və regional məsələlər müzakirə olunacaq.

Ərdoğanın Qahirə səfəri zamanı isə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşü nəzərdə tutulur. Danışıqlarda Türkiyə-Misir münasibətləri, regional təhlükəsizlik, həmçinin Fələstin məsələsi əsas mövzular sırasında olacaq.

Qeyd edək ki, səfər 3-4 fevral tarixlərində baş tutacaq.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar