Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“ABŞ çox peşman olacaq”

Baxılıb: 829     Tarix: 05-03-2026 11:10   

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-yə xəbərdarlıq edib.

Qanunvehedef.az xəbər verir ki, iranlı nazir bu barədə “X” hesabında yazıb.

O, ABŞ-ni İran sahillərindən 2000 mil məsafədə cinayət törətməkdə günahlandırıb: “Hindistan Hərbi Dəniz Qüvvələrinin qonağı olan “Dena” freqatı göyərtəsində təxminən 130 dənizçi ilə beynəlxalq sularda xəbərdarlıq edilmədən hücuma məruz qalıb. Bu sözlərimi yadda saxlayın: ABŞ yaratdığı bu presedentdən çox peşman olacaq”.

Xatırladaq ki, ötən gün İrana məxsus “Iris Dena” gəmisi Hind okeanında, Şri-Lanka sahillərində sualtı qayıq hücumuna məruz qalıb. Hücum nəticəsində azı 80 nəfər həlak olub.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar