Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Pezeşkian hücumlara görə qonşu ölkələrdən - Üzr istədi

Baxılıb: 8110     Tarix: 07-03-2026 12:59   

İranın Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və ərazilərindən İrana hücum olmadığı təqdirdə, raket və dron atmamaqla bağlı qərar qəbul edib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian dövlət telekanalı ilə yayımlanan videomüraciətində bəyan edib.

“Bizim region ölkələri ilə düşmənçiliyimiz yoxdur, qonşularımızdan üzr istəyirəm”, - deyə o qeyd edib.

Dövlət başçısı İranın digər ölkələrə təcavüz etmək niyyətində olmadığını bildirib.

Pezeşkian ölkəni qorumaq üçün küskünlükləri və narazılıqları kənara qoymağa çağırıb.

İran lideri ABŞ və İsrailin tələblərinə də cavab verib: “Onlar bizi qeyd-şərtsiz təslim olmağa məcbur etmək xəyalını qəbirlərinə aparacaqlar”.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar