Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ərdoğan göz yaşlarını saxlaya bilmədi

Baxılıb: 8324     Tarix: 24-04-2026 09:25   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 aprel Milli Suverenlik və Uşaq Günü münasibətilə Prezident Kompleksində uşaqları qəbul edib.

Qanunvehedef.az xəbər verir ki, qəbul zamanı Kırklarelidən gələn və “Bayraq” şeirini oxuması ilə tanınan balaca Gülsu və onun böyük qardaşı da iştirak edib.

Görüş milli təhsil naziri Yusif Tekin tərəfindən təşkil olunub. Mərasimdə Gülsunun şeir oxuduğu video nümayiş etdirilərkən onun böyük qardaşı emosional anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib. Prezident Ərdoğan isə uşağı qucaqlayaraq, ona təsəlli verib.

Daha sonra oğlan Prezidentin yanında “Minarələr süngü” şeirini əzbərdən oxuyub. Həmin an salonda duyğusal atmosfer yaranıb və Ərdoğanın da təsirləndiyi müşahidə olunub.

Görüntülərdə Prezident Ərdoğanın da gözlərinin dolduğu, emosional anlar yaşadığı diqqət çəkib.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar