Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tramp Putini sammitə dəvət etmək istəyir

Baxılıb: 8513     Tarix: 24-04-2026 10:23   

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini 14-15 dekabr tarixlərində Mayamidə keçiriləcək G20 sammitinə dəvət etməyi planlaşdırır.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Washington Post” nəşri Dövlət Departamentindəki mənbələrə istinadən məlumat yayıb.

“Rusiya G20-nin üzvüdür, buna görə də nazirlər və liderlər səviyyəsindəki görüşlərdə iştirak etməyə dəvət olunacaq”, - ABŞ xarici siyasət idarəsinin adı açıqlanmayan nümayəndəsi nəşrə bildirib.

O, Tramp tərəfdən Rusiyanın G20-nin bütün tədbirlərində iştirakının alqışlandığını, lakin hələlik rəsmi dəvət göndərilmədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Moskvanın ali səviyyəli sammitə dəvət olunduğunu təsdiqləyib. Bununla belə, o, ölkəni konkret olaraq kimin təmsil edəcəyinin tədbir ərəfəsində məlum olacağını açıqlayıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar