Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Makron siyasətdən getmək istəyir

Baxılıb: 7518     Tarix: 24-04-2026 14:24   

Fransa lideri Emmanuel Makron prezidentlik müddəti başa çatdıqdan sonra siyasəti tərk edə bilər.

Qanunvehedef.az xəbər verir ki, bunu dövlət başçısı Kiprin paytaxtı Nikosiyada məktəblilərlə görüşü zamanı bəyan edib.

“Mən bundan əvvəl siyasətlə məşğul olmamışdım, bundan sonra da məşğul olmayacağam”, - Makron bildirib.

Yerli mətbuat hesab edir ki, bu bəyanat birmənalı olaraq onun prezidentlik müddəti başa çatdıqdan sonra siyasi fəaliyyətini davam etdirməmək niyyətinə işarə edir.

Şagirdlərdən birinin onun nə vaxt prezident olmaq qərarına gəldiyi ilə bağlı sualı isə Makron belə cavablandırıb: “Məni hər zaman ölkəmin həyatı maraqlandırır, lakin bunun üçün mütləq prezident olmaq lazım deyil”.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu 2027-ci ilin aprelinə planlaşdırılıb. Makronun səlahiyyət müddəti isə 2027-ci il mayın 13-də başa çatacaq


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar