Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Şahbaz Şərif Trampa təşəkkür etdi: Cəsarətli liderlik…

Baxılıb: 8116     Tarix: 06-05-2026 15:10   

ABŞ Prezidenti Donald Trampa Hörmüz boğazında “Azadlıq layihəsi” əməliyyatının dayandırılması ilə bağlı vaxtında verdiyi qərar və göstərdiyi cəsarətli liderliyə görə minnətdaram.

Qanunvehedef.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif özünün X səhifəsində yazıb.

“Prezident Trampın Pakistan və digər qardaş ölkələrin, xüsusilə Səudiyyə Ərəbistanı Krallığının, eləcə də əziz qardaşım, Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri zati-aliləri Məhəmməd bin Salmanın müraciətinə göstərdiyi müsbət münasibət bu həssas dövrdə regionda sülhün, sabitliyin və barışığın möhkəmlənməsinə böyük töhfə verəcək”, - o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında "Azadlıq layihəsi"nin dayandırıldığını elan edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar