Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Pezeşkian Xamenei ilə görüşdü: iki saat yarım...

Baxılıb: 7511     Tarix: 07-05-2026 15:37   

İran Prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Ayətullah Müctəba Xamenei ilə görüşüb.

Qanunvehedef.az APA-ya istinadla xəbər verir ki, Pezeşkian İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin məsul şəxsləri ilə görüşdə bu məsələyə toxunub.

O, İranın Ali Rəhbəri ilə görüşünün səmimi atmosferdə keçdiyini bildirib:

“Bu yaxınlarda Ali Rəhbər Ayətullah Seyid Müctəba Xamenei ilə görüş keçirdim. Görüş səmimi şəraitdə baş tutdu və müzakirələr təxminən iki saat yarım davam etdi”.

Pezeşkian qeyd edib ki, görüş qarşılıqlı hörmət mühitində baş tutub.

İran prezidentinin sözlərinə görə, düşmənlərin əsas məqsədi ictimai narazılıq yaratmaq, insanları küçələrə çıxarmaq, idarəetmə strukturunu zəiflətmək və nəticədə ölkəni parçalamaq idi:

“Lakin İran xalqı ordu, hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələri ilə birlikdə vəziyyəti ən yaxşı şəkildə idarə etdi və bu ssenarilərin gerçəkləşməsinə imkan vermədi”.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar