Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Düşünürəm ki, sağdır, hansısa bunkerdədir”

Baxılıb: 7419     Tarix: 11-05-2026 09:58   

İsrailin Baş naziri Benyamin Netanyahu İranın Ali Lideri Müctəba Xameneinin sağ olduğunu bildirib.

Qanunvehedef.az xəbər verir ki, o, bu “CBS News”a müsahibəsində danışıb.

Baş nazir qeyd edib ki, Xamenei hər hansısa bunkerdədir:

“Düşünürəm ki, sağdır. Amma səhhəti haqda nəsə demək bir qədər çətin olar. İndi hansısa bunkerdə, ya da gizli zonadadır. Onu deyə bilərəm ki, Müctəba Xameneinin səlahiyyəti atasından (red.- İranın mərhum Ali Lideri Seyid Əli Xamenei) xeyli azdır”.

Qeyd edək ki, Müctəba Xameneinin öldürüləməsi haqda xəbərlər mediada geniş vüsət almışdı. Son məlumatlarda isə onun sağ olduğu, lakin bir ayağının amputasiya edildiyi, habelə, səhhətinin idarəçiliyə əl vermədiyi haqda iddialar səslənmişdi. Bəzi mənbələr isə iddia edir ki, o, bu vəziyyətdə belə bunkerdən gizli məktublaşmalarla ölkəni idarə edir.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar