Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Çin dönüşü İran planı - İki hərbi seçim var

Baxılıb: 750     Tarix: 15-05-2026 09:35   

ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən sonra Vaşinqton administrasiyasının İrana qarşı yeni hərbi addımları müzakirə etdiyi bildirilir.

Qanunvehedef.az xəbər verir ki, ABŞ mediasında yayılan məlumatlara görə, Ağ Ev Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazı ətrafında yaranan vəziyyətlə bağlı yeni təhlükəsizlik variantlarını nəzərdən keçirir.

İddialara əsasən, masadakı əsas variantlardan biri “Azadlıq Layihəsi” adlı hərbi planın yenidən gündəmə gətirilməsidir. Planın əsas məqsədinin Hörmüz boğazında gəmi keçidlərinin təhlükəsizliyini təmin etmək və beynəlxalq dəniz ticarətini qorumaq olduğu bildirilir.

Məlumata görə, bu çərçivədə ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədə daha aktiv fəaliyyət göstərməsi nəzərdə tutulur.

Digər variant kimi isə İranın strateji infrastruktur obyektlərinə qarşı məhdud və ya genişmiqyaslı hava əməliyyatlarının müzakirə edildiyi iddia olunur.

ABŞ rəsmilərinə istinadən yayılan xəbərlərdə Vaşinqtonun xüsusilə İranın bölgədəki hərbi fəaliyyəti və dəniz nəqliyyatına təsir imkanlarından narahat olduğu qeyd edilir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar