Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tramp “Kubanın Delsisi”ni axtarır

Baxılıb: 8315     Tarix: 21-05-2026 10:12   

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə bağlı strategiyasını Kubada da tətbiq etmək niyyətindədir. 

Qanunvehedef.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.

Məlumata görə, Kuba inqilabının liderlərindən biri Raul Kastroya qarşı ittihamlar irəli sürüldükdən sonra ABŞ liderinin bununla bağlı ümidləri daha da artıb.

Nəşr iddia edir ki, Tramp Venesuela Prezidenti Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən saxlanılaraq Nyu-Yorka aparılması hadisəsini güc tətbiqinin nümunəsi kimi göstərib. Ağ Ev rəhbəri oxşar ssenarini Kubada da təkrarlamaq və ada dövlətində Maduronun varisi Delsi Rodriges kimi biri ilə sövdələşmə əldə etmək istəyir. Bu məqsədlə ABŞ administrasiyasının Kuba hökumətinə yaxın insanlar axtardığı bildirilir. Hətta bu axtarışlara şərti olaraq “Kubanın Delsisi” adının verdildiyi iddia olunur.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar