Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Trampdan müsəlman liderlərinə gözlənilməz təklif

Baxılıb: 8115     Tarix: 25-05-2026 12:36   

Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyn liderlərilə telefon danışığı zamanı ABŞ Prezidenti Donald Tramp İranla münaqişə bitdikdən sonra hələ də İbrahim Sazişlərinə qoşulmayanların İsraillə münasibətlərini normallaşdırmasını gözlədiyini bildirib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə jurnalist Barak Ravid mənbələrə istinadla məlumat yayıb.

“İsraillə diplomatik münasibətləri olmayan Səudiyyə Ərəbistanı, Qətər və Pakistan liderləri bu gözləntidən çaşqınlıq içində olublar. Tramp bunu dedikdən sonra telefon xəttində sükut çöküb və o, zarafatla sözügedən liderlərin hələ də xəttdə olub-olmadığını soruşub”, - o bildirib.

Qeyd edək ki, İbrahim Sazişləri 2020-ci ildə İsrail, BƏƏ, Bəhreyn və Mərakeş arasında ABŞ-ın vasitəçiliyi ilə imzalanmış və Təl-Əvivlə ərəb ölkələri arasında diplomatik əlaqələrin qurulmasına yönəlib.


Qanunvehedef.az





{sape_links}{sape_article}