Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ABŞ Kastronu ekstradisiya etmək istəyir

Baxılıb: 8218     Tarix: 29-05-2026 09:22   

“ABŞ rəhbərliyi Kuba inqilabının liderlərindən biri olan Raul Kastronun ölkəyə gətirilərək mühakimə olunması üçün bütün mümkün rəsmi mexanizmləri işə salmaq niyyətindədir”.

Qanunvehedef.az xəbər verir ki, bu barədə ABŞ-nin Baş prokuroru vəzifəsini icra edən Todd Blanş “Fox News” telekanalına verdiyi müsahibəsində bəyan edib.

Todd Blanş Vaşinqtonun bu məsələdə qətiyyətli olduğunu vurğulayıb:

“Bizə Kastronun məhz burada, ABŞ-də məhkəmə qarşısına çıxması lazımdır. Onun bura gətirilməsi təmin edilməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik. Vaşinqton bu növ strateji hədəflərə nail olmaq üçün adətən hüquqi ekstradisiya proseslərindən və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq xəttindən istifadə edir”.

Xatırladaq ki, bundan öncə ABŞ Ədliyyə Nazirliyi Kubanın 94 yaşlı sabiq rəhbəri Raul Kastro və daha beş nəfərə qarşı 1996-cı ildə dörd Amerika vətəndaşının qətlə yetirilməsi ilə bağlı rəsmi ittiham irəli sürmüşdü.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar