Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Zelenski: Ukraynanın bu silaha sahib olmasını istəmirlər

Baxılıb: 7617     Tarix: 29-05-2026 10:35   

Təkcə Rusiya deyil, digər bəzi ölkələr də Ukraynanın ballistik raketləri ələ keçirə biləcək zenit-raket kompleksi yaratmasını istəmir.

Qanunvehedef.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Ukrayna ballistikasını təkcə Rusiya istəmir. Rusiya – məlum səbəblərə görə, amma təkcə Rusiya deyil, digər ölkələr də istəmir. Səbəblər biznesdə, rəqabətdədir”, - o qeyd edib.

Dövlət başçısı bildirib ki, hazırda Ukrayna Avropa antiballistik sisteminin yaradılması ideyasını irəli aparmağa çalışır. Onun sözlərinə görə, İsveç bu təklifə razılıq verən ilk ölkə olub.

Zelenski əlavə edib ki, Ukrayna payıza qədər layihəyə daha bir neçə ölkəni cəlb etməyə və antiballistik sistemin yaradılması üzrə praktiki işlərə başlamağa ümid edir.

Qeyd olunub ki, hazırda dünyada yalnız altı ölkə müasir ballistik raketləri ələ keçirə bilən öz zenit-raket komplekslərinə malikdir.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar