Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Aleksandar Vuçiç seçkilərində namizəd olmayacağını açıqladı

Baxılıb: 8222     Tarix: 02-06-2026 13:09   

Serbiya Prezidenti Aleksandar Vuçiç hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra növbəti müddətə namizədliyini irəli sürmək niyyətində deyil.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Serbiya lideri “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

Yenidən Baş nazir vəzifəsini tutmaq perspektivi ilə bağlı sualı isə siyasətçi “Bu baş verə bilər” deyə cavablandırıb. Vuçiç bunu yaradıcılarından olduğu Serb Tərəqqi Partiyasının ona ehtiyacının olması ilə əsaslandırıb.

Serbiya Prezidenti həmçinin bu il ölkədə parlament və prezident seçkilərinin keçiriləcəyini deyib.

Qeyd edək ki, A.Vuçiç ilk dəfə 2017-ci ildə Serbiya Prezidenti seçilib. 2022-ci ildə o, ikinci müddətə dövlət başçısı postunu tutub. Vuçiçin prezidentlik səlahiyyətlərinin müddəti 2027-ci ildə başa çatır. O, 2014-2017-ci illərdə Serbiyanın Baş naziri olub.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar