Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tramp: “İrandan sonra Kuba ilə məşğul olacağıq”

Baxılıb: 8510     Tarix: 05-06-2026 08:30   

“İrandan sonra Kuba ilə məşğul olacağıq”.

Qanunvehedef.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə, Oval Ofisdə keçirilən tədbirdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, Kuba hakimiyyətinin zəiflədiyini bildirib, İran məsələsindən sonra Kubaya da diqqət ayıracaqlarını söyləyib.

Tramp Kuba hakimiyyətinin demək olar ki, tamamilə dağıldığını iddia edib və ABŞ-nin Kuba xalqına yardım etmək istədiyini vurğulayıb.

ABŞ Prezidenti bildirib ki, kubalıların dəstək gözləntiləri var və Vaşinqton bu məsələni diqqətdə saxlayır.

“Orada vəziyyət bir növ çöküb. İran İslam Respublikası ilə işimizi bitirdikdən sonra bu məsələ ilə də məşğul olacağıq. Mən eyni vaxtda bir neçə iş görməyi sevmirəm. Geri qayıdarkən Kubada qısa bir fasilə edəcəyik”, – deyə Tramp qeyd edib.

Tramp həmçinin ABŞ administrasiyasının Migel Diaz-Kanelə qarşı tətbiq etdiyi yeni sanksiyaların təsirli nəticələr verəcəyinə inandığını bildirib.

Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar