Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ABŞ Kuba prezidenti və ailəsinə sanksiya tətbiq etdi

Baxılıb: 8313     Tarix: 05-06-2026 08:54   

ABŞ Kuba Prezidenti Migel Diaz-Kanel də daxil olmaqla, 5 nəfərə sanksiya tətbiq edib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sanksiya siyahısına Kuba Prezidenti Migel Diaz-Kanel, onun həyat yoldaşı və ögey oğlu, eləcə də, Kubanın sabiq prezidenti Raul Kastronun ailə üzvlərindən Alejandro Kastro Espin və Raul Kastro Kalis daxil edilib. Beləliklə, ümumilikdə beş şəxs sanksiya siyahısına salınıb.

Eyni zamanda, Kuba Müdafiə Nazirliyi, Xalqlarla Dostluq İnstitutu, “Amistur Kuba” və İnqilabın Müdafiəsi Komitələri də daxil olmaqla, bir sıra dövlət qurumlarına qarşı da məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğu qeyd edilib.

Açıqlamaya əsasən, sanksiya tətbiq olunan şəxslərin ABŞ-dəki aktivləri dondurulub və ABŞ vətəndaşları ilə maliyyə əməliyyatları məhdudlaşdırılıb.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar