Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İranın cavabı gecikmədi

Baxılıb: 8510     Tarix: 06-06-2026 12:23   

İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın ünvanına səsləndirdiyi ittihamları cavablandırıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Cənab Aunun şərhlərindən belə düşünmək olar ki, sanki Livan ərazisinin 1/5-ni işğal edən, livanlıların 1/4-ni didərgin salan və hər gün bu ölkəni bombalayan İrandır”, - Əraqçi bildirib.

Onun sözlərinə görə, əgər Tehran Livandan alət kimi istifadə etsəydi, çoxdan sövdələşmə əldə edilmişdi.

“Livanı əsl düşməninizin əlindən xilas edin, cənab Prezident”, - iranlı nazir əlavə edib.

Xatırladaq ki, Livan Prezidenti Cozef Aun CNN-ə müsahibəsində İranın ünvanına kəskin tənqidlər səsləndirərək, rəsmi Tehranı ABŞ ilə aparılan danışıqlarda Livandan bir alət və “sövdələşmə vasitəsi” kimi istifadə etməkdə günahlandırıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar