Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABŞ onun da qaçırılmasını nəzərdən keçirir

Baxılıb: 827     Tarix: 11-06-2026 13:44   

ABŞ Kuba Prezidenti Migel Dias-Kanelin ələ keçirilərək ölkədən çıxarılması variantını da nəzərdən keçirir.

Qanunvehedef.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset jurnalistlərlə söhbətində deyib.

“Bütün variantlar masa üzərindədir”- ABŞ-nin müharibə naziri bildirib.

Bununla belə, o, yekun qərarın ABŞ Prezidenti Donald Tramp tərəfindən veriləcəyini əlavə edib.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində Prezident Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb. Sabiq Venesuela liderinə qarşı narkoterrorizm və narkotik ticarəti ittihamları irəli sürülüb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar