Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Tramp Makronu hədələdi

Baxılıb: 819     Tarix: 15-06-2026 12:47   

ABŞ Prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronu ABŞ-ın texnologiya şirkətlərinə tətbiq edilən rəqəmsal verginin ləğv olunmayacağı təqdirdə Fransa şərabları və şampanlarına 100 faizlik rüsum tətbiq etməklə hədələyib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Tramp Nyu York Post qəzetinə müsahibəsində danışıb.

Tramp bildirib ki, o, Makrondan ABŞ texnologiya şirkətlərinə tətbiq edilən 3 faizlik vergini ləğv etməyi tələb edib:

“Mən ondan (Makrondan – red.) xahiş etdim ki, Amerika şirkətlərindən vergi almasınlar. Əgər bunu etsələr, mənim Fransa istehsalı olan bütün şampan və bütün şərablara 100 faizlik rüsum tətbiq etməkdən başqa seçimim qalmayacaq”.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar