Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“İranla razılaşma Tehranın qeyd-şərtsiz kapitulyasiyasıdır”

Baxılıb: 8417     Tarix: 19-06-2026 10:33   

“İranla razılaşma Tehranın qeyd-şərtsiz kapitulyasiyasıdır”.

Qanunvehedef.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Axios”a müsahibəsində deyib.

“Dünyanın ən güclü ordusuna sahibik”, - o deyib.

Jurnalistin razılaşmanın ilkin tələbləri ilə bağlı sualına cavab verən Tramp əvvəlcə “qeyd-şərtsiz təslim” ifadəsinin müzakirə olunduğunu xatırladıb, daha sonra isə mövqeyini belə ifadə edib: “Yaxşı, bu, həqiqətən də qeyd-şərtsiz təslimdir”.

“Düşünürəm ki, elədir”, - deyə o əlavə edib.

Müsahibədə ABŞ-İran xəttində münaqişənin dayandırılmasına yönəlmiş 60 günlük danışıqlar prosesinə də diqqət çəkilib. Məlumata görə, tərəflər bu çərçivədə razılaşma memorandumu imzalayıblar.

ABŞ Konqresində bəzi respublikaçılar razılaşmanın detalları ilə bağlı narahatlıq ifadə edib və Trampın İran siyasətinə dair fərqli mövqe sərgiləməyə başlayıblar.

Tramp isə müsahibənin davamında səlahiyyətləri ilə bağlı suallara “Heç bir məhdudiyyət yoxdur” cavabını verib.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar