Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İrandan razılaşmalara dair - Xəbərdarlıq

Baxılıb: 8514     Tarix: 20-06-2026 09:19   

İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rzayi müharibənin başa çatdırılması ilə bağlı mümkün razılaşmalara dair sərt xəbərdarlıq edib.

“Qafqazinfo”nun məlumatına görə, Rzayi dövlət televiziyasına açıqlamasında bildirib ki, müharibəni bitirəcək heç bir razılaşmada Hörmüz boğazı üzərində İranın təsir imkanları və ölkənin regiondakı mövqeyi zəiflədilməməlidir.

Onun sözlərinə görə, müharibə elə başa çatmalıdır ki, İranın çəkindirici hərbi gücü qarşıdakı 50 il ərzində də qorunsun.

Rzayi bunun İranın regional təsirini və Hörmüz boğazı üzərindəki nəzarətini məhdudlaşdıracaq istənilən razılaşmaya qarşı yüksəkrütbəli hərbi dairələrin mövqeyini əks etdirdiyini vurğulayıb.

Möhsün Rzayi həmçinin ABŞ-ni müharibədə “məğlub cinayətkar” adlandıraraq, istənilən səhv addımın daha sərt cavabla qarşılanacağını bildirib.

“Silahlı qüvvələrimiz düşmənin hər hansı səhvinə qat-qat sərt cavab verir”, – deyə o əlavə edib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar