Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Zelenski: Bunun sonu pis olacaq

Baxılıb: 9316     Tarix: 22-06-2026 11:37   

Polşa Prezidenti Karol Navrotskinin Ukrayna lideri Volodimir Zelenskini “Ağ Qartal” ordenindən məhrum etməsi ətrafında qalmaqal davam edir.

Qanunvehedef.az xəbər verir ki, Volodimir Zelenski TSN telekanalına müsahibəsində də bu barədə danışıb.

“Bu qərar göstərir ki, o, ukraynalılara nifrət əhval-ruhiyyəsini qaldırmaq hesabına öz dövləti daxilində siyasi mübarizəni davam etdirir. Bu, pis hekayədir. Hesab edirəm ki, bunun sonu pis olacaq”, - Ukrayna lideri deyib.

Zelenski belə bir siyasi mübarizənin eskalasiyaya gətirib çıxara biləcəyini vurğulayıb. O, Polşa prezidentinin addımlarını yanlış hesab etdiyini dilə gətirib: “Karol - onun vəzifəsi deyil, adıdır, elə deyil? Orada demokratiyadır, monarxiya deyil. Buna görə də Ukrayna ilə münasibətləri düzgün qurmaq lazımdır”.

Xatırladaq ki, daha əvvəl Karol Navrotski Ukrayna lideri Volodimir Zelenskini ölkənin ən yüksək mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edib. O bu qərarını Ukrayna Silahlı Qüvvələrinin bir bölməsinə “UPA qəhrəmanları” adının verilməsi ilə izah edib. Buna etiraz olaraq, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Ukrayna Prezident aparatının rəhbəri Kirill Budanov onlara verilmiş Polşa dövlət mükafatlarından imtina ediblər.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar