Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ABŞ-la danışıqlarda Xameneinin tapşırığına əməl edilmədi

Baxılıb: 9513     Tarix: 22-06-2026 12:37   

ABŞ ilə danışıqlar aparan İranın nümayəndə heyətinin ali rəhbər Müctəba Xameneinin tapşırığına əməl etmədiyi iddia olunub.

Qanunvehedef.az Report-a istinadla xəbər verir ki, bu barədə İran parlamenti Milli Təhlükəsizlik Şurası sədr müavini və deputat, keçmişdəki müzakirələrdə nümayəndə heyətinin üzvü olmuş Mahmud Nəbəvian dövlət televiziyasındakı müzakirələrdə bildirib.

Onun sözlərinə görə, İran rəhbərliyində ABŞ ilə əldə edilən atəşkəs razılaşması səbəbindən böhran yaşanıb.

Sədr müavini iddia edib ki, Müctəba Xameneini müzakirə heyətinə gizli göstərişlər göndərsə də, nümayəndə heyəti buna əməl etməyib və "səlahiyyət həddini" aşıb.

Rəsmi bildirib ki, ali rəhbər nümayəndə heyətinə Hörmüz boğazında güzəşt edilməməsi, ABŞ-dən təzminat tələb olunması istiqamətində 11 şərtlə irəli sürərək, tapşırıq verib.

Məlumata görə, müzakirə qrupu sədr müavinin açıqlamalarına cavab verərək onun dediklərini "köhnə və təhrif edilmiş" kimi xarakterizə etməklə təkzib ediblər.

Bildirilib ki, M.Nəbəvianın açıqlamalarının ardından reportaj qəflətən kəsilib və yayım qurumunun yüksək vəzifəli bir rəsmisi istefa verib.

Qeyd edək ki, iyunun 21-də Pakistanla Qətərin vasitəçiliyi əsasında ABŞ və İran nümayəndə heyəti arasında İsveçrədə danışıqların birinci raundu keçirilib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar